logo

LUKoil böyük yataqlarının reabilitasiyası barədə İranla saziş layihəsi hazırlayıb

Views: 77

lukoil-anaran (1)LUKoil şirkətinin prezidenti Vahid Ələkbərov jurnalistlərə bildirib ki, şirkəti İran tərəfə ölkə ərazisində bəzi böyük yataqların reabilitasiyası üçün saziş layihəsini göndərib.

Onun sözlərinə görə, gələn il LUKoil şirkətinin İran ərazisində bəzi sahələrin öyrənilməsi müqaviləsi, xüsusilə Fars körfəzinin şimalında,və Anaran yatağı sahəsində bitir.

O bildirib ki, İranın xarici investorlar üçün hazırladığı müqavilələr cəlbedici olmalıdır.

“İraqdakı servis müqavilələri onu göstərir ki,bu müqavilələr ilə ancaq yüksək neft qiymətləri şəraitində işləmək mümkündür. Aşağı qiymətlərdə servis müqavilələri həm investorlar üçün həm də dövlət üçün mənfi xarekter daşıyır. HPBS isə investora aşağı qiymətlərdə bazardan pul cəlb etmək üçün imkan verir”,- deyə o izah edib.

“Hələlik danışıqlar gedir,yekun nəticə yoxdur. Ümid edirik ki, fevrala biz müqavilələrin mahiyyətini başa düşəcəyik” – deyə Ələkbərov əlavə edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart