logo

Dragon Oil Türkmənistandakı neft layihələrinə $5 milyard sərmayə yatırıb

Views: 46

dragon_oil_1

Dragon Oil Turkmənistan şirkətinin rəhbəri Feysal Rabi Əl Avadi bildirib ki,Xəzərin türkmən sektorunda “Çələkən” müqavilə sahəsinin işlənməsinə 15 il ərzində 4.8 milyard dollar sərmayə yatırıb ki,bu da neft hasilatını 100 min barelə çatdırmağa imkan verib.

“Çələkən” müqvilə sahəsi Cənubi Xəzər hövzəsinin şərqində yerləşir və “Ceytun” və “Cuqalıbek” yataqlarını əhatə edir. Neft və kondensatın sübut və ehtimal edilən ehtiyatları 775 milyon ton,qaz isə 1.3 milyard kub fut təşkil edir.

Şirkət “Çələkəndə” neft və qaz hasilatı üçün lisenziyanı 2000-ci ildə 25 il müddətinə alıb.

Hal-hazırda “Çələkəndə” neft hasilatı 2000-ci ildəki 1000 min bareldən 100 min barelə qədər artıb. Dragon Oil ümumi tutumu 160 min barel olan səkkiz yeni neft saxlama reservuarı inşa edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart