SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar-oktyabr aylarında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilmiş 2 mln. 372,131 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə SOCAR məlumat yayıb.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-oktyabr aylarında SOCAR Supsa limanından 2 mln. 533,506 min ton neft ixrac edib. Beləliklə, 2015-ci ilin yanvar-oktyabr ayları ərzində Supsa limanından ixracın həcmi 6,4% azalıb.
2015-ci ilin oktyabr ayında şirkət Supsa limanından 338,592 min ton neft yola salıb.
Xəbər verildiyi kimi, 2014-cü ildə SOCAR Supsa limanından 2 mln. 957,39 min ton Azərbaycan nefti yola salıb.
* Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.