Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin oktyabr ayında dövlət büdcəsinə 136,031 mln. manat vəsait ödəyib.
Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvar-oktyabr aylarında büdcəyə ümumilikdə 1 271,276 mln. manat ödənilib. Ötən illə müqayisədə SOCAR-ın büdcəyə köçürmələri 18,8% azalıb.
Bundan əlavə, cari ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11,194 mln. manat vəsait köçürüb. Cari ilin yanvar-oktyabr aylarında isə şirkət tərəfindən Fonda ödəniş 115,417 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% azdır.
Xatırladaq ki, 2015-ci il üçün SOCAR-ın dövlət büdcəsi qarşısında vergilər üzrə öhdəliyi 1,5 mlrd manatdır. Ötən il üzrə isə SOCAR fəaliyyəti zamanı rekord həddə vergi ödəmişdi – 1 milyard 855,23 milyon manat.