2015-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından neft yola salmayıb. Bu haqda Caspian Barrel-ə SOCAR-dan məlumat veriblər.
Bununla belə, SOCAR-ın rəsmi statistikasına görə, 2015-ci ilin yanvar-oktyabr aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş neft həcmləri 1 mln. 100,446 min tonolub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 29,8% çoxdur.
Oktyabrın sonlarında “Transneft” şirkətinin nemayəndəsi bildirmişdi ki, cari il üçün Azərbaycandan neft nəqli ilə bağlı proqnoz 1,44 mln ton olsa da onlar 1,4 mln ton yük daşımaları gözləyirlər. Ancaq belə görünür ki, bu göstəricini də əldə etmək mümkün olmayacaq.
Xatırladaq ki, 2014-cü ildə SOCAR Novorossiysk limanından 932,155 min ton neft yola salıb.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.