logo

Azərbaycan bu il Türkiyəyə 4,8 mlrd. kubmetr qaz ixrac edib

Views: 38

boru5

2015-ci ilin yanvar-oktyabr aylarında “Şahdəniz” yatağının işlənməsi çərçivəsində Türkiyəyə 4,8 mlrd. kubmetr, Gürcüstana 550 mln. kubmetr Azərbaycan qazı ixrac edib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çərşənbə günü Bakıda keçirilən Neft Mühəndisləri Cəmiyyəti (NMC) İllik Texniki sərgisi və konfransında çıxışı zamanı bildirib.

“Bütövlükdə “Şahdəniz” yatağından qaz ixracına başlanandan etibarən 1 noyabr tarixinə Türkiyəyə 36 mlrd. kubmetr, Gürcüstana 4,8 mlrd. kubmetr Azərbaycan qazı ixrac olunub. Gürcüstana sutkalıq qaz tədarükünün həcmi 4 mln. kubmetr, Türkiyəyə 18 mln. kubmetr təşkil edir”, – deyə X.Yusifzadə qeyd edib.

Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Statoil” (15,5%), SOCAR (16,7%), “Petronas” (15,5),“LUKoil” (10%), NICO (10%) və TPAO (9%) şirkətləridir.

 “Mərhələ-1” çərçivəsində hasilatın ən yüksək səviyyəsi ildə 9,9 mlrd. kubmetr təşkil edir, lakin bu həcmin 10,4 mlrd. kubmetrə qədər artırılması planlaşdırılır.

“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. Bundan əlavə “Şahdəniz” qazını BTC Co. şirkəti də Bakı-Tiflis-Ceyhan neft kəmərinin kompressor stansiyalarının istismarı üçün alır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart