logo

“ABB Elektrik” TANAP layihəsi çərçivəsində SCADA sistemini tətbiq edəcək

Views: 51

abb“ABB Elektrik Sanayi A.S.” şirkəti (Almaniyanın ABB şirkətinin Türkiyədəki bölməsi) Trans-Anadolu qaz kəmərinin (Trans Anadolu Pipeline, TANAP) tikintisi layihəsi çərçivəsində SCADA sistemini tətbiq edəcək. Bu barədə layihənin reallaşdırılması üzrə TANAP konsorsiumunun məlumatında deyilir.

“Bu şirkət 2015-ci ilin yanvar ayında TANAP konsorsiumunun elan etdiyi tenderin qalibi olub. Tender SCADA /Тelekommnikasiyalar sistemi ilə əlaqədar EPS-müqaviləyə (layihələndirmə, satınalma, tikinti və quraşdırma) müvafiq olaraq podratçı seçimi üzrə keçirilib. “ABB Elektrik Sanayi A.S.” ilə qeyd edilən işlərin icrasına dair müqavilə artıq imzalanıb”, – deyə məlumatda qeyd olunur.

Ümumilikdə, tenderdə 9 şirkət iştirak edib.

TANAP qaz kəmərinə Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan, ümumi uzunluğu 1,8 min kilometr olan qaz kəmərləri sistemi, dənizdən keçən qısa hissə, birləşdirici xətlər, kran qovşaqları, ərsinlə təmizlənmə stansiyaları, ölçmə, kompressor stansiyaları və digər infrastruktur daxildir.

2015-ci il martın 17-də Türkiyənin Qars vilayətində TANAP qaz kəmərinin təməli qoyulub. İlkin mərhələdə 1,337 min kilometr uzunluğunda TANAP-ın quru hissəsinin boru xəttinin çəkilməsini nəzərdə tutulur. İşlərin podratçıları 3 şirkətdir – “Fernas İnşaat A.Ş”, “Sicim-Yüksel-AKKORD Adi Ortaklığı” və “TEKFEN İnşaat ve Tesisat A.Ş”. Ümumilikdə bu şirkətlər qaz kəmərinin Eskişehir şəhərinə qədər olan hissəsini inşa edəcəklər.

Trans-Anadolu qaz kəmərinin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.

SOCAR-ın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə kəmərin gücü 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Eyni zamanda, TANAP-ın genişləndirilməsindən sonra Azərbaycanda digər yataqlardan, o cümlədən başqa ölkələrdən hasil edilən qaz mənbə kimi istifadə olunacaq.

TANAP layihəsi $12 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR – 58%, BP – 12%, BOTAS – 30%.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart