logo

SOCAR yanvar-avqust aylarında Supsa limanından neft ixracını 8% azaldıb

Views: 29

baku-supsa

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar-avqust aylarında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilmiş 1 mln. 864,059 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.

Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-avqust aylarında SOCAR Supsa limanından 2 mln. 29,456 min ton neft ixrac edib. Beləliklə, 2015-ci ilin yanvar-avqust ayları ərzində Supsa limanından ixracın həcmi 8,2% azalıb.

2015-ci ilin avqust ayında şirkət Supsa limanından 254,422 min ton neft yola salıb.

Xəbər verildiyi kimi, 2014-cü ildə SOCAR Supsa limanından 2 mln. 957,39 min ton Azərbaycan nefti yola salıb.

Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart