logo

Natiq Əliyev İstanbulda “G20 energetika nazirlərinin görüşü”ndə iştirak edəcək

Views: 60

g20Energetika naziri Natiq Əliyev oktyabrın 1-də İstanbulda “G20 energetika nazirlərinin görüşü”ndə iştirak edəcək. Bu barədə nazirliyin məlumatında deyilir.

“Görüşdə enerjiyə əlçatanlıq, mövcud bazar şərtləri ilə enerjiyə sərmayə qoyuluşu, enerji səmərəliliyi və bərpa olunan enerji məsələləri müzakirə ediləcək. Bundan başqa, görüş zamanı G20 enerji əməkdaşlığının prinsipləri də qiymətləndiriləcək.

Türkiyə G20 qrupuna ötən il dekabrın 1-dən sədrlik edir və bu müddət cari il noyabrın 30-dək davam edəcək. Türkiyənin sədrliyi dövründə dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan xüsusi dəvətli qonaq statusunda iştiraka dəvət alıb.

G20 qrupu dünya iqtisadiyyatının 90%-ni, dünya ticarətinin 80%-ni və dünya əhalisinin üçdə ikisini təmsil edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart