Financial Times (FT), inkişaf etməkdə olan ölkələrin təcili dövlət xərclərini artırmalarının lazım olduğunu, əks halda bazarlardakı pis gedişin tənəzzülə səbəb ola biləcəyini yazıb.
“Marja” xəbər verir ki, İngiltərədə yayımlanan Financial Times qəzeti, “Dünya inkişaf edən ölkələrdəki tənəzzüldən qorxmalıdır” başlığı ilə verdiyi yazıda, inkişaf edən ölkələrdən kapital (pul) çıxışının hazırkı vəziyyəti qiymətləndirilib.
FT, inkişaf edən ölkələrin, “valyutalarının dəyərdən düşməsi, idxalda və investisiyalarında yaranan azalma şəklində inkişaf edən təhlükəli bir dairəyə” düşdüyünü bildirib.
Bu ölkələrin təcili struktur islahatları həyata keçirmələrininvə dövlət xərclərini artıraraq iqtisadi artımı dəstəkləmələrinin lazım olduğu bildirilən yazıda, bu ana qədər yalnız Meksika və Hindistanda siyasi hakimiyyətlərin islahatlara ciddi şəkildə üstünlük verdiyi qeyd olunub.
İnkişaf edən ölkələrin borc ehtiyaclarını minimum səviyyəyə salmaq üçün dövlət xərclərini məhdudlaşdırdıqları da ifadə edilən yazıda, maliyyə vəziyyəti qənaətbəxş olan ölkələrin iqtisadi artımı dəstəkləmək üçün xərcləri artırmalarının lazım olduğu vurğulanıb.
Yazıda, Dünya Bankı, Afrika İnkişaf Bankı və Asiya İnfrastruktur Sərmayələri Bankı kimi qurumlar tərəfindən inkişaf edən ölkələrdəki layihələrə maliyyə proqramlarını artırmalarının zəruriliyi də qeyd olunub. Tədbirlərin görülməməsi vəziyyətində bazarlardakı pis gedişin süquta doğru gedəcəyi siqnalları verilib.
Marja.az