logo

Statoil mənfəəti II rübdə proqnozu ötüb

Views: 22

statoil3-1Norveçin Statoil neft şirkətinin gəliri II rübdə proqnozları ötüb və şirkət dividendlərin həcmini saxlayıb.

Korrektə edilmiş əməliyyat mənfəəti 22.4 milyard kron ($2,74 milyard) təşkil edib. Xalis mənfəət də proqnozu ötüb : 5.6 milyard krona qarşı 7.2 milyard kron.

Birinci rübdə şirkət ABŞ-da şist aktivlərinin silinməsi üzündən xalis zərər ilə başa vurmuşdu.

13,8 milyard kron həcmində aktivlərin satışına baxmayaraq,şirkət hasilatı 4% artırıb. Ancaq Statoil xaricdə – Kanadada bəzi Afrika ölkələrində neft və qaz hasilatında itkilərə məruz qalıb.

Şirkət bir səhmə 1.8 kron dividend ödəyəcək. Şirkətin investitsiya proqramı bu il üçün $17,5 milyard təşkil edəcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart