logo

SOCAR iyunda Novorossiysk limanından neft nəqli həyata keçirməyib

Views: 100

tanker22

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2015-ci ilin birinci yarısında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 678,046 min ton neft yola salıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 33,4% çoxdur. Bu barədə SOCAR-ın saytında məlumat verilir.

Caspian Barrel SOCAR-dakı mənbələrə əsasən bildirir ki, əslində ixracın artması sırf statistik amillərlə bağlıdır, çünki ötən ilin dekabrında ixracın müəyyən bir hissəsi uçot zamanı ilin son günləri ilə əlaqədar olaraq 2015-ci ilə keçirilmişdi.

Bununla yanaşı, 2015-ci ilin iyun ayında SOCAR Novorossiysk limanından neft yola salmayıb.

Xəbər verildiyi kimi, SOCAR və Rusiyanın “Transneft” şirkəti Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli haqqında müqaviləni 2015-ci ilin sonuna kimi uzadıb.

2014-cü ildə SOCAR Novorossiysk limanından 932,155 min ton neft yola salıb.

Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart