logo

Bakı Ali Neft Məktəbinin tələbələri “Petkim”də istehsalat təcrübəsi keçəcək

Views: 34

petkim_00

Bakı Ali Neft Məktəbinin ”Kimya mühəndisliyi” ixtisası üzrə 3-cü kursunda təhsil alan 10 seçilmiş tələbə Türkiyənin İzmir şəhərində “Petkim” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcək.

Caspian Barrel SOCAR-a istinadən xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov tələbələri təbrik etmiş, yaradılmış imkanlara görə ”SOCAR Turkey Energy” və “Petkim” şirkətinə təşəkkür etmiş, təcrübə müddətində tələbələrə uğurlar arzulamışdır. Görüşdə BANM-nin dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurduğu bildirilmiş, tələbələrinin həmçinin SOCAR-ın müəssisələrində də təcrübəyə cəlb olunduqları vurğulanmışdır.

Bildirilmişdir ki, tələbələr təcrübəyə iki qrupda göndəriləcəklər. Birinci qrup iyulun 1-dən 24-dək, ikinci qrup isə iyulun 26-dan avqustun 14-dək “Petkim” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcək. Onlar tikintisi davam edən obyektlərdə tikinti-quraşdırma və tamamlama işləri, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olacaq, qurğularda gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, avadanlıqları, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənəcəklər.

“Petkim” şirkətində istehsalat təcrübəsi keçmələri tələbələrin əldə etdikləri nəzəri bilikləri təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə kömək edəcəkdir. Qeyd olunmuşdur ki, iyun ayının əvvəlində BANM-in rektoru Elmar Qasımovun və ”SOCAR Turkey Energy” şirkətinin Baş icraçı direktoru və “Petkim” şirkətinin İdarəetmə Şurasının üzvü Kənan Yavuzun görüşündə əldə edilmiş razılaşmaya əsasən tələbələr “Petkim” şirkətinin əməkdaşlıq etdiyi digər kimya profilli müəssisələrdə də təcrübə keçə biləcəklər.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart