1 yanvar 2015-ci il tarixindən hüquqi baxımdan ləvğ edilmiş “Azərneftyağ” neft emalı zavodu bir müddətdən sonra fəaliyyətini fiziki baxımdan da dayandırmalı olacaq. Çünki zavod və onun ərazisindəki emal qurğularının plana görə sökülməsi planlaşdırılıb.
Caspian Barrel SOCAR prezidenti Rövnəq Abdullayevin ANS-ə verdiyi müsahibəyə istinad edərək bildirir ki, “Azərneftyağ” neft emalı zavodundan bir sıra işlək qurğular demantaj olunaraq H.Əliyev adına NEZ-a köçürüləcək. “Azərneftyağ” zavodunda olan köhnə qurğulara isə artıq bundan sonra ehtiyac yoxdur, söküb bu sahələri bulvarın genişləndirilməsinə verə bilərik”, – deyə SOCAR prezidenti bildirib.
Qeyd edək ki, SOCAR hazırda Heydər Əliyev adına neft emalı zavodunun modernləşdiririlməsi layihəsinə başlayıb ki, burada yaxın gələcəkdə Avro-5 standartına uyğun avtomobil yanacağı ustehsalı da daxldir. Bu məqsədlə zavodda müasir tələblərə cavab verən 7 qurğunun tikintisi planlaşdırılır və onun illik emal gücü 7,5 mln tona qədər artırılacaq. Həmin işləri 2018-ci ilin sonuna qədər başa çatdırmaq üçün SOCAR dövlət zəmanəti ilə 1,2 mlrd manat dəyərində kredit alacaq.