Türkiyədə Transanadolu qaz xətti tikinti layihəsi (TANAP) problemsiz və sürətlə reallaşdırılacaq. Trend-in Türkiyənin “Hurriyet” qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu “SOCAR Turkey Enerji”nin rəhbəri, Petkim” neft-kimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuz deyib.
O bildirib ki, TANAP həm Türkiyə, həm bütün region üçün əhəmiyyətli layihədir.
Qeyd edək ki, Azərbaycan və Türkiyə qardaşlıq əlaqələri əsasında reallaşdırılan TANAP layihəsi “Cənub qaz dəhlizi”nin əsas hissəsidir. Onun tikintisinə bu ilin avqustunda başlanacaq və 2018-ci ilin əvvəlində tikinti işlərinin tamamlanması planlaşdırılır.