Cari ildə Azərbaycanda 41 mln ton neft və 30 mlrd kubmetr qaz hasilatı planlaşdırır,- deyə SOCAR vitse-prezidenti bildirib.
Azərbaycan bu il 40,7 mln ton neft və kondensat, 30,2 mlrd kubmetr qaz (lay təzyiqini qorumaq üçün quyulara vurulan qaz da daxil olmaqla) çıxarmağı planlaşdırır. Bu barədə SOCAR-ın hasilat və nəql üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirib.
Vitse-prezident sözlərinə əlavə edib ki,SOCAR-a məxsus yataqlardan 8,3 mln ton neft və 6,5 mlrd kubmetr qaz hasil edilməsi planlaşdırılıb.
2014-cü ildə SOCAR 8,3 mln ton neft və 7,2 mlrd kubmetr qaz hasil edib.
Ümumi neft həcminin 6,5 milyon tonu emal ediləcək, 1,7 milyon tonu isə xarici ölkələrə satılacaq.
2015-ci ildə hasil edilən qazın 4,85 mlrd kubmetri “Azərenerji”yə, 1,2 mlrd kubmetr Gürcüstana veriləcək.