“Qazprom” şirkəti Azərbaycanın lazım olan həcmdə qaz idxalında tələbatını ödəməyə hazırdır. TASS agentliyinin verdiyi məlumata əsasən, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev ilə işgüzar görüşü zamanı “Qazprom” ASC-nin rəhbəri Aleksey Miller deyib.
Görüş iştirakçıları energetika sahəsində qarşılıqlı əlaqələrin gələcək inkişafı məsələlərini müzakirə ediblər.
A.Miller deyib: “Azərbaycan iqtisadiyyatının və daxili qaz tələbatının artımı ilə əlaqədar olaraq, “Qazprom” ölkənin lazım olan həcmdə qaz idxalında tələbatını ödəməyə hazırdır”.