Caspian Barrel BP şirkətinin nüfuzlu Statistical Review of World Energy 2015 hesabatına istinadən bildirir ki, Amerika Birləşmiş Ştatları 1975-ci ildən bəri ilk dəfə neft hasilatında Rusiya və Səudiyyə Ərbistanını geridə qoyaraq dünyada birinci yerə çıxıb.
Şist inqilabı sayəsində keçən il ABŞ-da neft hasilatı gündə 1.6 milyon artaraq (+15,9%) 11.64 milyon barel təşkil edib. Bu göstəricilərin tərkibində BP şirkəti xam nefti,şist nefti,neft qumu və qaz kondensatı nəzərə alır. Səudiyyə Ərəbistanı gündə 11.5 milyon barel,Rusiya isə 10.8 milyon barel hasil ediblər.
2011-ci ildən ABŞ neft hasilatını 48% artırdığı halda,Rusiya və Səudiyyə Ərəbistanı yanlız 3% artırıblar.
ABŞ neft və təbii qaz hasilatının ümumi həcminə görə,ABŞ Rusiyanı qabaqlayaraq,hələ 2013-cü ildə dünyada birinci yerə çıxmışdılar. ABŞ 2009-cu ildən təbii qazın ən böyük istehsalçısıdır.
Təbii qaz hasilatı 2014-cü ildə Rusiyada 4.3% azalaraq 579 milyard kub metr təşkil edib.ABŞ Rusiyadan 25% çox qaz hasil edir – 728 milyard kub metr.
2014-cü ildə dünya qaz bazarı gözlənilmədən 3.4% azalıb.O cümlədən boru kəmərləri ilə qaz ixracı 6.2% azalıb. Əsas səbəb Ukraynaya Rusiya qazının tədarükünün kəskin azalması və Avropada rus qazına olan təlabatın azalmasıdır. Avropa Birliyində qaz istehlakı 12% azalıb.
Ancaq ötən il Avropada qaza olan tələbatın azalması əsasən anomal isti qış və buna görə də aşağı istilik ehtiyacları ilə bağlıdır.