logo

Səudiyyə Ərəbistanı 2040-cı ilə neftdən imtina edəcək

Views: 40

Ali+Al+NaimiGünəş enerjisindən istifadə neft və qaz hasil etməkdən iqtisadi cəhətdən daha sərfəlidir

Səudiyyə Ərəbistanı 2040-cı ilə neftdən imtina edəcəyini açıqlayıb. Bunu ölkənin neft naziri Ali al-Naimi  Financial Times qəzetinə müsahibəsində deyib.

Ali al-Naimi hesab edir ki,ölkəsi  günəş və külək energetikası bazarında qlobal oyunçu rolunu oynayacaq. Nəticədə krallıq karbohidrogen deyil, elektrik enerjisi ixracı ilə məşğul olacaq.

O həmçinin qeyd edib ki, indi planetimizdə milyarddan çox insan elektriksiz yaşayır, buna görə mədən yanacağına təlabat əhəmiyyətli dərəcədə qalacaq.

Nazirin fikrincə, neftin qiymətinin düşməsi günəş elektrik stansiyalarını gəlirsiz sahəyə çevirmir. O inanır ki,günəş enerjisindən istifadə neft və qaz hasil etməkdən iqtisadi cəhətdən daha sərfəli olacaq.

Səudiyyə Ərəbistanında karbohidrogenlərin çıxarılmasından asılılığı azaltmaq barədə ilk dəfə 2012-ci ildə bildirdiblər. Krallığın planlarında – 2032-ci ilə günəş stansiyalarının hesabına enerjinin (ölkə istehlakın təxminən üçdə biri) 41 qiqavatt-ı istehsal etmək . Ölkə həmçinin atom və yel energetikasına ümid edir.

Səudiyyə Ərəbistanı neftin həcminə görə dünyada neft ehtiyatlarına görə birinci yeri tutur. Bu ölkənin neft ehtiyatı 260,2 milyard barel təşkil edir ki (planetin ümumi neft ehtiyatının dörddə biri). 2015-ci ilin aprelində krallıq 10,3 milyon barrel neft hasil etməklə on ilin ən yüksək rekorduna nail olub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart