logo

Azərbaycan Türkmənistan qazının Xəzər dənizinin dibi ilə tədarükü üçün əngəl görmür

Views: 27

caspian_sea_pipelineAzərbaycan Türkmənistandan qazın Xəzər dənizinin dibi ilə tədarükü üçün əngəl görmür. Trend-in məlumatına əsasən, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Euractiv” portalına müsahibəsində Rusiyanın Xəzərin statusunun müəyyənləşdirilməməsi səbəbindən Transxəzər boru kəmərinin tikintisinə görə mümkün narazılığını şərh edərkən deyib.

Onun sözlərinə görə, işgüzar maraq olduğu halda şirkətlər və hökumət bu məsələnin həllini tapa biləcəklər: “Azərbaycan Türkmənistan qazının Xəzərin dibi ilə tədarükü üçün maneə görmür. Biz etiraf edirik ki, Azərbaycan və Türkmənistan arasında sektorların sərhədi delimitasiya edilməyib. Ancaq boru kəmərinin çəkilməsi Xəzərin hüquqi statusu ilə ziddiyyət təşkil etmir. Boru kəmərinin hansı dənizin dibindən keçməsinin önəmi yoxdur, çünki ofşor zonalardan vergi və rüsumlar alınmır”.

Bəylərbəyov qeyd edib ki, “Cənub Qaz Dəhlizi” üzrə təkcə Türkmənistan qazı nəql edilməyə bilər: “İranın xeyli həcmdə qazı var. Belə iri qaz ehtiyatları İraq, Suriya, İsrail və Kiprdə də var”.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart