logo

2015-ci ilin I rübündə BP AÇG-də hasilatı stabilləşdirməyə nail oldu

Views: 31

bp-azeri2015-ci ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlatrından 8 milyon ton və ya 59 milyon barel neft hasil edilib. Bu zaman kəsiyində gündəlik orta hasilat müqavilə sahəsində 661 min barel olub. Bu haqda “BP-Azerbaijan” şirkətinin rüblük hesabatında məlumat verilir.

            Qeyd edək ki,  2014-cü ilin I rübündə AÇG-də təqribən 8 milyon ton və ya 58 milyon barel neft hasil edilmişdi ki, bu da gündəlik orta hasilat göstəriciləri ilə 645,8 min barel edirdi.

Bu göstəricilərdən çıxış etdikdə, gündəlik hasilat baxımından  2015-ci ilin I rübündə AÇG-də artım 2,3% təşkil edib, rüblük faktiki həcmlər baxımından isə – 1,7% olub.

            BP şirkəti müqaqvilə sahəsində hasilatın stabilləşməsini rüb ərzində dörd istismar quyusunun qazılması faktoru ilə izah edir.

            Caspian Barrel xatırladır ki, “BP-Azerbaijan” üçün ilin əvvəlindəki ən məhsuldar rüb 2010-cu ildə qeydə alınıb. O zaman AÇG-də gündəlik hasilat 797,3 min barel, rüblük hasilat həcmləri isə 72 milyon barel təşkil etmişdi.

            BP-nin hesabatında bildirilir ki, 1997-ci ilin noyabrından 2015-ci ilin aprelin 1-nə qədər  “Azəri-Çıraq-Günəşli” yataqlarından 2,7 milyard barel və ya 366 milyon tondan çox neft hasil edilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart