Fransanın Total şirkəti Qara dənizin bolqar şelfində “Xan Aspurax” blokunda neft və qaz kəşfiyyatına geri dönmək qərarına gəlib.
Şelfdə geoloji kəşfiyyat işlərinə 2016-cı ilin fevralında başlana bilər. Bu barədə jurnalistlərə Total E & P Bolqarıstan şirkətinin direktoru Kzavya Fojras bildirib.
Layihənin operatoru Total şirkətindən başqa konsorsiuma Avstriyanın OMV və İspaniyanın Repsol şirkətləri daxildir.
Qeyd edək ki, ”Xan Aspurax” blokunun sahəsi 15.000 kvadrat kilo metr təşkil edir. Bolqarıstan Total şirkətini tenderin qalibi kimi 2012-ci ilin iyulunda elan etmişdi.