“Özbəkneftqaz” və xarici investorlar 2015-ci ildə dəyəri $7,1 mlrd olan layihələrə başlayacaqlar.
Özbəkistan prezidenti İslam Kərimov tərəfindən təsdiq edilmiş plana 39 layihə daxildir. Ümumi kapital qoyuluşu mənbələri strukturlarında xarici sərmayələr və kreditlər $5,1 milyard,öz sərmayələri isə $1,14 milyard, Özbəkistanın Yenidənqurma və İnkişaf Fondunun sərmayələri – $543,8 milyon,özbək banklarının vəsaitləri – $313,7 milyon təşkil edir.
Cari ildə “Lukoil” Buxara bölgəsində Kandım yataqları qrupunda dəyəri $2,66 mlrd olan qaz emalı zavodunun tikintisinə başlayacaq. Zavodun emal gücü 8.1 milyard kub metr olacaq və 2019-cu ildə istismara verilməsi planlaşdırılır.
Özbəkneftqaz və Çinin CNPC şirkəti dəyəri $800 milyon olan “Mərkəzi Asiya-Çin” boru kəməri xəttinin özbək sahəsinin inşasına başlayacaqlar. Boru kəmərinin gücü 20 milyard kub metr təşkil edir və 2017-ci ildə istismara veriləcək.
Cənubi Koreyanın İRED Co.Itd şirkəti cari ildə Kaşkadərya vilayətində Şurtan qaz kimya kompleksinin imkanlarının genişləndirilməsi layihəsini hazırlayacaq. Layihənin dəyəri $570 milyondur və təbii qazdan və metanoldan 1,4-butanediolın istehsalını nəzərdə tutur.