logo

İtaliya şirkətləri Sumqayıtda polipropilen istehsalı üzrə zavod inşa edəcəklər

Views: 100

polipen

İtaliyanın “Tecnimont SpA” və “Kinetics Technology S.p.A (KT)” şirkətləri (“Maire Tecnimont S.p.A” şirkətlər qrupuna daxildir) Azərbaycanda polipropilen istehsalı üzrə zavod inşa edəcəklər. Bu barədə “Maire Tecnimont S.p.A” şirkətinin rəsmi saytında məlumat verilir.

“SOCAR Polymer” şirkəti “Tecnimont SpA” və “KT” şirkətləri ilə Sumqayıt Kimya Sənaye Parkında polipropilen istehsalı üzrə zavodun layihələndirilməsi və tikintisi müqaviləsinin (Engineering, Procurement and Construction, EPC) reallaşdırılması ilə bağlı razılığa gəlib. Rəsmi imzalanma mərasiminin 2015-ci il aprelin 14-də Bakıda keçirilməsi planlaşdırılır”, – deyə məlumatda qeyd olunur.

Müqavilənin ümumi dəyəri 350 mln. avroya yaxın təşkil edir.

Zavodun illik gücü təxminən 180 min ton propilen təşkil edəcək. Bu, Azərbaycanda polipropilen buraxılışı üzrə ilk zavod olacaq. Müəssisədə naftanın krekinqi nəricəsində alınan propilen xammal kimi istifadə olunacaq.

“Maire Tecnimont S.p.A” şirkətlər qrupu mühəndislik, tikinti, texnologiyaların hazırlanması, lisenziyalaşdırma, energetika və karbohidrogenlərin sənaye istehsalında ixtisaslaşan birgə müəssisələrin yaradılması, o cümlədən energetika və infrastruktur layihələrində dünyanın aparıcı şirkətdir.

Şirkətlər qrupu Milan Fond Birjasında reyestrə daxil edilib, 30-dan artıq ölkədə nümayəndəliyə malikdir, 45-dən artıq şirkətə nəzarət edir, ştatı isə təxminən 4500 nəfərdən ibarətdir.

“SOCAR-Polymer” SOCAR tərəfindən təsis edilib, nizamnamə kapitalı $100 mln.-a bərabərdir. Müəssisənin səhmlərinin 51%-i SOCAR-a, 49%-i yerli şirkətlərə məxsusdur.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart