Reuters xəbər verir ki,Meksika maqnatı və milyarderi Karlos Slim (Forbes jurnalı reytinqində dünyanın ikinci zəngini) öz neft şirkətini yaradıb.
Yaradılmış şirkət Carso Oil&Gas adlanır. Şirkət milyarderin iki aktivinin birləşməsi nəticəsində yaranıb.- Carso Infraestructura, Construccion y Perforacion və Condumex Perforaciones.
Məlumata görə,yeni yaradılmış şirkətin aktivləri 3,5 milyard Peso (təxminən US $ 230 milyon) qiymətləndirilir və 17.7 milyon səhmdə yerləşdirilib.
Əvvələr Karlos Slim öz müsahibəsində bildirmişdi ki,meksikanın enerji sektoruna özəl sərmayələrin buraxılmasından sonra $ 40-50 milyard sərmayə tələb olunur.