Bakı-Novorosisk kəməri ilə neft nəqli üzrə tarif bir tona görə 149,95 rubl – 634,54 rubladək artırıla bilər (ƏDV-siz). Bu barədə Regulation.gov.ru portalında yerləşdirilmiş müvafiq fərman layihəsində deyilir.
Tarif Azərbaycan sərhədindən Şesxaris (Novorossiysk) yükboşaltma məntəqəsinədək olan marşrut üçün Rusiya rublu ilə hesablanıb.
Caspian Barrel qeyd edir ki,cari məzənnə ilə bir ton Azərbaycan neftinin Rusiya ərazisi ilə tranziti $8,4 təşkil edir. Qiymətlərin artımından sonra qiymət bir ton üçün $11 ola bilər. Qeyd edək ki,1997-ci ildən 2014-cü ilin fevralına kimi Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli tarifi dəyişməz qalıb – $15,67. Bundan sonra Rusiya tarifləri eyni səviyyədə,ancaq rublda tətbiq eləmişdi. Dolların məzənnəsinin dəyişməsi ilə faktiki olaraq Azərbaycan neftinin tranziti qiyməti azalmışdı.
Azərbaycan öz neftini Bakı-Novorossisk kəməri ilə 1997-ci ildən sonra nəqlinə başlayıb. 2014-cü ildə SOCAR Novorossisk limanından 932 155 min ton neft göndərib. 2015-ci ilin yanvar-fevral aylarında SOCAR Bakı-Novorossiysk şimal boru kəməri üzrə 170 min ton neft ixrac edib ki,bu da keçən ilki göstəricilərə uyğundur.