logo

2015-ci ildə SOCAR-ın kapital qoyuluşları təxminən 1 mlrd. AZN təşkil edəcək

Views: 23

socar-inshaat2015-ci ildə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) kapital qoyuluşları təxminən 1 mlrd. manat təşkil edəcək. Bu barədə çərşənbə günü jurnalistlərə şirkətin vitse-prezidenti Süleyman Qasımov məlumat verib.

“Kapital qoyuluşları dedikdə, biz şirkətin neft və qaz hasilatı, yeni quyuların qazılması, qazlaşdırma, platformaların və digər infrastruktur obyektlərinin tikintisi ilə bağlı olan daxili layihələrə xərcləri nəzərdə tuturuq. Hər il bu məqsədlərə təxminən 1 mlrd. manat vəsait yönəldilir. Cari ildə kapital qoyuluşlarının həcmi də analoji səviyyədə olacaq”, – deyə S.Qasımov qeyd edib.

Onun sözlərinə görə, bu il kapital qoyuluşlarının böyük hissəsi neft hasilatının sabitləşməsi və kəşfiyyat işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.

“Bundan başqa, bizim üçün prioritetlərdən biri ölkədə mövcud olan neft emalı güclərinin yenidən qurulmasıdır. Bu yenidənqurmanın birinci mərhələsinə “Azərneftyağ” Neft Emalı Zavodunun fəaliyyətinin dayandırılması, zavodun bir neçə qurğusunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna köçürülməsi daxildir. Həmçinin ən müasir Avropa standartlarına cavab verən yüksək keyfiyyətli neft məhsullarının buraxılmasının təmin edilməsi məqsədilə BNEZ-də bir neçə yeni qurğunun tikintisi planlaşdırılır”, – deyə şirkətin vitse-prezidenti bildirib.

O vurğulayıb ki, artıq SOCAR BNEZ-in yenidən qurulmasına dair qərar qəbul edib və müvafiq layihələndirmə işləri aparılır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart