Reuters Yunanıstanın energetika naziri Panayotis Lafazanisə istinadən xəbər verir ki,Yunanıstan Trans Adriatik boru kəmərinin tranzitindən xeyir əldə etmək haqda düşünür.
“TAP layihəsini sual altına qoymadan, biz dövlətimiz və xalqımız üçün xeyir əldə etmək istəyirik ki, bunu da biz ədalətli hesab edirik”, – deyə Lafazanis bildirib.
Reuters Yunanıstanın enerji sektoruna istinadən bildirir ki, maliyyə çətinlikləri yaşayan Yunanıstan ya layihədə iştirak payı, ya da əlavə tranzit haqqı tələb edə bilər.
Lafazanis Azərbaycana son səfəri zamanı ölkənin rəsmi şəxsləri ilə Yunanıstanın TAP tikintisindən əldə edəcəyi mümkün faydalarını müzakirə etmişdi.
TAP konsorsium tərəfindən Avropa bazarlarına Azərbaycanın “Şahdəniz” yatağından qaz nəqli üçün marşrut kimi seçilib.
TAP səhmdarları: BP (20 faiz), ARDNŞ (20 faiz), “Statoil” (20 faiz), “Fluksiz” (16 faiz), “Total” (10 faiz), E.ON (9 faiz) və “Axpo” (5 faiz).