logo

SOCAR 2 ayda Ceyhan terminalından neft nəqlini 11% artırıb

Views: 24

btc

SOCAR 2015-ci ilin yanvar-fevralında Ceyhan neft terminalından 3 mln. 328,118 min ton Azərbaycan nefti nəql edib ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 11,2% çoxdur. Bu barədə Caspian Barrel-ə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Fevralda SOCAR Ceyhan terminalından 1 mln. 630,35 min ton neft nəql edib.

Xəbər verildiyi kimi, 2014-cü ildə Ceyhan terminalından 20 mln. 483,248 min ton Azərbaycan nefti nəql edilib.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir.Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.

Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); Chevron (8,9%); Statoil (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ConocoPhillips (2,5%); INPEX (2,5%); Total (5%) və ONGC (2,36%) şirkətləridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart