logo

İki aylda Azərbaycanda neft hasilatı 1,6%, əmtəəlik qaz hasilatı 10,5% artıb

Views: 27

emek2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda neft hasilatı 6 mln. 943,9 min ton təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 1,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda əmtəəlik qaz hasilatı 3 mlrd. 383 mln. kubmetr (artım 10,5%) təşkil edib.

Xəbər verildiyi kimi, 2014-cü ildə respublikada neft hasilatı 41,9 mln. ton, əmtəəlik qaz hasilatı 18,7 mlrd. kubmetr təşkil edib.

Hökumət 2015-ci ildə neft hasilatını 40 mln. 615,6 min ton, qaz hasilatını 28 mlrd. 420 mln. kubmetr həcmində (bu həcmə neft quyularına vurulan texniki qaz həcmləri də daxildir – Caspian Barrel) proqnozlaşdırır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart