Hеydər Əliyеv аdınа Bakı neft emalı zavodunun Azot-oksigen qurğusundan alınan yüksək keyfiyyətli azot müəssisənin istehsalat və sahələrində geniş istifadə olunur. Мüəssisədə azot qazına olan tələbatın artmаsı ilə yeni kompressor aqreqatının quraşdırılması məqsədəuyğun hesab edilmişdir.
Müvafiq layihənin hazırlanması üçün “Neftqazelmitəqdiqatlayihə” İnstitutuna sifariş verilmiş, İnstitut azot-oksigen qurğusunda əlavə 1 ədəd kompressor aqreqatının quraşdırılması üçün layihə hazırlamışdır.Hazırlanmış layihə əsasında zavodun 13 N-li sahəsi tərəfindən 2BM4-24/9C markalı kompressor aqreqatı quraşdırılmış və təftiş olunmuşdur.
İdarəetmə şkaflarında işəburaxma-sazlama işləri aparılmış, kompressorun yüksüz və yük rejimində işə buraхılması tədbirlərinin yerinə yetirilməsi başa çatdırılmış və kompressor istismara verilmişdir.
Xatırladaq ki, inert qazı olan azotla reğenerasiya prosesi aparılır, təmir işləri zamanı boru xətləri və aparatlar üfürülür, sınaqlar, analizlər olunur. Azot qazı zavodun istehsalat və sahələrinə 2CHM-24/9 tipli kompressorlarla nəql edilir.