Bazar ertəsi neft qiymətləri cüzi, cərşənbə axşamı isə diqqətə çarpan halda azalmağa başlayıb.
Caspian Barrel-in məlumatına görə, Nyu-York fond birjasında 30 mart tarixində may ayı üçün WTİ markalı neftin fyuçersləri $0,19 (-0,4%) azalaraq bir barel üçün $48,68 təşkil edib.
May ayı üçün Brent markalı neftin London fond birjasında fyuçersləri $0,12 (-0,2%) azalaraq bir barel üçün $56,29 olub.
Bu gün qara qızıl düşməyə davam edib. Nyu-York fond birjasında WTİ neftinin may ayı üçün fyuçersləri $0,66 azalaraq $48,02 təşkil edib. Brent markalı xam neftin bir bareli Bakı vaxtı ilə 14.34-də $0.90 azalaraq $55,39 olub.