2001-ci ildən 1 mart 2015-ci il tarixinə qədər Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqlarının işlənməsindən $111 milyard 537 milyon vəsait daxil olub.
ARDNF-dən verilən məlumata görə, 2015-ci ilin yanvar-fevralında AÇG layihəsi çərçivəsində $2 milyard 224 milyon, o cümlədən fevralda $1 milyard 386 milyon vəsait daxil olub”.
AÇG blokunun işlənməsi müqaviləsi 1994-cü ildə imzalanıb. Blokunun sübut olunmuş neft ehtiyatları bir milyard tona yaxındır.
Müqavildə iştirak payı aşağıdakı kimi bölüşdürülüb: BP (operator) – 35.78 faiz, “Chevron” – 11,27 faiz, “Inpex” – 10,96 faiz, SOCAR – 11,65 faiz, “Statoil” – 8,56 faiz, “ExxonMobil” – 8 faiz, TPAO – 6,75 faiz, “Itocu” – 4,3 faiz, ONGC – 2,72 faiz.
Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb, ancaq praktik fəaliyyətə 2001-ci ildə başlayıb. O zaman onun aktivləri 271 milyon dollar təşkil edib. 1 yanvar 2015-ci ilə ARDNF-nin aktivləri 2014-ci ilin əvvəli ilə ($ 35 877.5 mln) müqayisədə 3,42 faiz artaraq $37 104.1 mln təşkil edib.