logo

“The Oil & Gas Year Azerbaijan-2015” jurnalının təqdimatı keçirilib

Views: 14

byoBakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin dəstəyi və Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc-ın media tərəfdaşlığı ilə nəşr olunan “The Oil & Gas Year Azerbaijan-2015” jurnalının təqdimat mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, “The Oil & Gas Year” jurnalının regional direktoru Jak Miller çıxış edərək, ölkəmizdə həyata keçirilən qlobal neft-qaz layihələrinin əhəmiyyətini vurğuladı, “Şahdəniz Mərhələ-2” çərçivəsində hasil olunacaq təbii qazın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində böyük rol oynayacağını diqqətə çatdırdı.

Bildirildi ki, nəşrdə “Şahdəniz Mərhələ-2” və Cənub Qaz Dəhlizi layihələrindən, ölkəmizin neft və qaz bazarlarındakı uğurlarından, həmçinin transmilli şirkətə çevrilən ARDNŞ-in beynəlxalq arenadakı fəaliyyətindən bəhs olunur.

SOCAR-ın investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov isə “The Oil & Gas Year Azerbaijan-2015” jurnalının ölkəmizə həsr edilməsini yüksək qiymətləndirərək, “Şahdəniz Mərhələ-2”, TAP, TANAP layihələrinin önəmindən danışdı.

Sonra mükafatlandırma mərasimi keçirildi. “Saipem” və “Bos Şelf” şirkətlərinə “Project of the Year”, bp-yə “Upstream project of the Year”, SOCAR-a “Midstream project of the Year” və “Downstream project of the Year”, Bakı gəmiqayırma zavoduna isə “Maritime project of the Year” mükafatları təqdim olundu. “Man of the Year” mükafatına isə “Bos Şelf”in baş direktoru İxtiyar Axundov layiq görüldü.

Qeyd edək ki, “The Oil & Gas Year” jurnalı dünyanın 35 ən iri neft və qaz bazarını əhatə edən, bu sahədə ilkin araşdırma apararaq biznes ehtiyatlarını müəyyənləşdirən illik nəşrdir. Jurnalın hər nömrəsi bir ölkəyə həsr olunur. BPA Worldwide təşkilatının müəyyənləşdirdiyi göstəricilərə görə, onun oxucu auditoriyası dünyada 69 min baş direktoru, naziri, digər rəsmi şəxsləri və maliyyə məmurlarını əhatə edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart