Müsabiqə 2014-2015-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr (yalnız əyani şöbə) və magistratura (əyani və ya qiyabi şöbələr) pillələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir.
Caspian Barrel SOCAR-ın İnsan Resursları Departamentinə istinad edərək məlumat verir ki, Proqrama müraciət etmək istəyən tələbələr müsabiqənin şərtlər və suallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.
Tələbələrin nəzərinə:
– Qafqaz Universitetinin bakalavr pilləsinin tələbələri qeydiyyat formasının “Kurs” bölməsini hazırlıq ili nəzərə alınmadan seçməlidirlər.
– Magistraturanın qiyabi şöbəsində təhsil alan tələbələr müsabiqədə iştirak edə bilərlər. Bu qayda bakalavriatura pilləsi üzrə təhsil alan tələbələrə aid deyil.
– Əvvəllər digər kommersiya təşkilatlarının təqaüdünü almış, lakin bu semestrdə hər hansı kommersiya şirkətinin təqaüdünü almayan tələbələr müsabiqədə iştirak edə bilərlər.
– 4-cü kursu bitirib, magistr statusu olmayanlar müsabiqədə iştirak edə bilməzlər. Yəni müsabiqə yalnız tələbə statusu (bakalavr və ya magistr) olanlar arasında keçirilir.
– SOCAR-da daimi işlə təmin olunmuş və hazırda təhsilini davam etdirən tələbələr müsabiqədə iştirak edə bilməzlər.
* Qeydiyyata düşdüyünüz barədə elektron poçtunuza bildirişi aldıqdan sonra 4 iş günü müddətində adınız namizədlər siyahısında qeyd olunacaq.
Qeyd: Qiymətlər yalnız rəsmi transkript əsasında qəbul olunur (Qiymət kitabçası nəzərə alınmayacaqdır).
Son qeydiyyat tarixi: 23 fevral 2015-ci il.