Qazaxıstanın milli iqtisadiyyat naziri Erbolat Dosayev bildirib ki, neftin ixrac rüsümü bir ton üçün $80-dan $60-a qədər azaldılacaq.
Xarırladaq ki, Qazaxıstan 2013-cü ilin 12 martında xam neftin ixrac rüsumunu bir ton üçün 60 dollardan 80 dollaraq qədər artırmışdı.
Hökümət iclasında ölkə prezidenti Nursultan Nazarbayev hökümətə respublika büdcəsi xərclərini 2015-ci ildə 700 milyard tenqe (3.8 milyard dollar) və ya 10% azaltmağı tapşırıb.
Öz növbəsində Qazaxıstanın energetika naziri Vladimir Şkolnik bildirib ki, neft hasilatı səviyyəsini və sosial transferləri saxlamaq üçün martın sonuna qədər neft şirkətlərinə tətbiq edilən vergilər optimallaşdırılacaq.