logo

Türkmənistanda benzin 60% bahalaşıb, ancaq yenə də ucuzdur

Views: 41

туркмен-бензин2015-ci ilin yanvarın 1-dən Türkmənistanda benzinin qiymətinin artdığı məlum olub. İndi A-95 benzinin bir litrinin qiyməti 1 manatdır (əvvələr 0.62 manat – 0.22 ABŞ dolları). A-92 benzinin qiyməti isə 0.94 manatdır (əvvələr 0.58 manat – 0.20 ABŞ dolları).

Benzinin qiyməti milli və xarici valyutalara faiz nisbətində müxtəlif formada dəyişib.

Manatda qiymətlər 60% bahalaşıb, lakin 1 dollar üçün 3.5 manat kursunu nəzərə alanda benzinin qiyməti xarici valyutada 27% bahalaşıb. Qeyd edək ki, Türkmənistanda Yeni il qabağı manatın kursu dollara nisbətən 2.85 idi.

Caspian Barrel-in məlumatına görə, əgər 2015-ci ilin yanvarın 1-nə kimi avtomobil sahibi 50 litr Aİ-95 benzini dolduranda 31 manat ödəyirdisə (11 dollar 2,85 kursu ilə), indi o 50 manat ödəyir (14 dollar 3,50 kursu ilə ). Daha doğrusu yaranan fərq milli valyuta ilə 20 manat, Amerika valyutası ilə isə cəmi 3 dollar olub.

Bununla belə, bir litr yüksək keyfiyyətli yanacağın indiki 1 manat qiyməti (yeni kurs ilə) MDB və dünya ölkələri arasında ən ucuz qiymətlərdən biridir. Qiymətlər bundan ucuz ancaq Fars körfəzinin neft hasil edən ölkələrində – Səudiyyə Ərəbistanı,Küveyt,Bəhreyn,Oman,Qətər və İranda mövcuddur.

2008-ci ildə Ttürkmənistan prezidenti Qurbanqulu Berdumuhammedov avtomobil sahibləri üçün pulsuz benzinə limit tətbiq edib. Qərara əsasən avtomobil sahibləri hər ay dövlətdən 120 litr,avtobus və yük avtomobili sahibləri isə 200 litr pulsuz yanacaq ala bilərdi.

2014-cü ilin iyulunda bu qərar ləğv edildi.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart