SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2014-cü ildə Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilən 2 mln. 957,39 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2013-cü ildə SOCAR Supsa limanından 2 mln. 725,95 min ton neft ixrac edib. Beləliklə, 2014-cü ildə Supsa limanından ixrac həcmi 8,5% artıb.
Ötən ilin dekabr ayında SOCAR Supsa limanından 254,498 min ton Azərbaycan nefti yola salınıb.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.