Rusiya

Rusiya Çinə neft tədarükündə üçüncü ölkə oldu

ch-ros2014-cü ilin nəticələrinə görə,Rusiya Çinə neft tədarükündə 3-cü yeri tutub. Rusiyadan Çinə neft ixracı 33.1 milyon ton təşkil edib.Bu barədə məlumatı Çinin Baş Gömrük İdarəsi verib.

Bundan əlavə dekabrda Rusiyadan Çinə nəql edilən neftin həcmi 2013-cü ilin dekabrına nisbətdə 86% artaraq 3.72 milyon ton təşkil edib. Həmçinin qeyd edilir ki,əvvələr 3-cü yeri Oman tuturdu.

Çinə neft ətdarükü üzrə ənənəvi lider Səudiyyə Ərəbistanı olub. Səudiyyəlilər 2014-ci ildə Çinə 49.7 milyon ton neft ixrac ediblər. 2014-cü ildə Çinə ixrac edilən səudiyyə neftinin həcmi 16% azalıb.

Çinə neft tədarükü üzrə ikinci ölkə isə 40.6 milyon ton neft ixracı ilə Anqola olub. Anqola nefti Çinin ixrac etdiyi ümumi neftin 13% təşkil edib.

Qeyd edək ki, 2014-cü ildə Çinin daxilində neft hasilatı 210 milyon ton təşkil edib.

Artıq 5-ci ildir ki, Çinin neft hasilatı 200 milyon tondan aşağı düşmür.

2014-cü ildə ümumi hasilat 330 milyon ton neft ekvivalenti təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 3.7% artım (və ya 11.9 milyon ton) deməkdir.