logo

Merkel Almaniyanın Cənub Qaz Dəhlizi layihəsini “birbaşa” dəstəklədiyini vurğulayıb

Views: 87

m1-400x245“Mən şadam ki, bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyev yenidən Berlindədir. Bizim sonuncu görüşümüz 5 il bundan əvvəl olub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkelin Azərbaycan prezidenti İlham Əliyevlə birgə brifinqində deyib. Kansler bildirib ki, Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, buna görə bu ölkə bizim üçün əhəmiyyəti artan tərəfdaşdır: “Azərbaycan böyük potensiala, əsasən də neft və qaz kimi resurslara malikdir. Ölkədəki iqtisadi artımda Xəzər dənizindəki böyük qaz və neft ehtiyatının rolu az deyil”

Angela Merkel Almaniya hökumətinin Cənub Qaz Dəhlizi layihəsini “birbaşa” dəstəklədiyini vurğulayıb. Kansler bu layihənin enerji resurslarının Avropaya diversifikasiyasına yardım edəcəyinə ümid etdiyini bildirib: “Düşünürəm ki, Azərbaycan həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bu mənada “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyirik”.

Kansler həmçinin gələcəkdə Almaniya ilə Azərbaycan arasında daha sıx iqtisadi əlaqələrin olacağına ümid etdiyini bildirib: “Hesab edirəm ki, iqtisadi əlaqələrimizi gücləndirmək üçün bizim hələ də potensialımız var”.

Angela Merkel və İlham Əliyev, həmçinin Azərbaycanda daxili siyasət məsələlərini, xüsusən də insan haqları məsələsini müzakirə ediblər. Kansler qeyd edib ki, Almaniyanın Azərbaycanla təkcə iqtisadi və siyasi sferada deyil, vətəndaş cəmiyyəti ilə əlaqəli məsələlərdə də geniş əlaqələri var. Biz Azərbaycan Prezidenti ilə müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardıq. Xüsusən də Azərbaycanda insan hüquqlarının vəziyyəti, həmçinin regionda baş verən geosiyasi vəziyyət haqqında danışdıq.

Almaniya da münaqişənin həllində vasitəçi olmaq istəyir. Düşünürük ki, Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə bir təşəbbüslə çıxış edərək, münaqişənin həllinə müəyyən töhfəsini verə bilər. Bununla bağlı Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparacaq.

Ukrayna və Rusiya arasındakı münaqişə ilə əlaqədar da müzakirələrimiz oldu. Eyni zamanda, Azərbaycanın “Şərq tərəfdaşlığı” Proqramında iştirakı ilə bağlı danışdıq. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməkdədir və “Şərq tərəfdaşlığı” Proqramına üzv olmaqla, bu layihəyə töhfəsini verəcək”.

Görüşdə vuğulanıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvü olub və bu səbəbdən qanunun aliliyinə və demokratik prinsiplərə əməl etməsi vacibdir. Bu məsələlərdə fikir ayrılıqlarının olmasına baxmayaraq, kansler hesab edir ki, ən əsası Azərbaycanla əlaqələri açıq saxlamaqdır.

Dağlıq Qarabağ məsələsinə gəlincə Angela Merkel və İlham Əliyev münaqişənin sülh yolu ilə həll edilməli olduğunu bildiriblər:

“Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür, hansı ki, Rusiya, Fransa və ABŞ  rəhbərlik edir. Biz münaqişənin  dinc yolla nizama salınmasını dəstəkləyirik. Prezident İlham Əliyevin erməni həmkarı ilə dəfələrlə görüşünün şahidi olmuşuq və bu onu göstərir ki, Əliyev danışıqlar aparmağa hazırdır. Biz atəşkəs rejiminin pozulması hallarının artmasından narahatıq və əlbəttə, situasiyanı diqqətlə izləyəcəyik. Hesab edirəm ki, Rusiya,daha ehtiyatla ifadə edərək deyirəm ki, bu münaqişədə son rolu oynamır, nəzərə alsaq ki, Rusiya və Ermənistan münaqişədə bəzi şeyləri birgə edirlər”.

Merkel həmçinin qeyd edib ki, Almaniya münaqişənin həllində yardımlarını davam etdirməyə hazırdır və bu məsələdə AB-nin təşəbbüs göstərməli olub-olmadığına dair müzakirələr aparıblar.

Jurnalistlərin suallarına cavabında A. Merkel deyib ki, Azərbaycanla və digər ölkələrlə ikitərəfli münasibətləri, siyasi, iqtisadi əlaqələri inkişaf etdirmək bizim üçün böyük əhəmiyyətə malikdir və təbii ki, bu, sivil cəmiyyətin dəyərlərinin qorunmasının əsasını təşkil edir:

“Demokratiya, hüquqi dövlətçilik vacib amillərdən biridir. Biz bu haqda da fikir mübadiləsi apardıq. İnsan hüquqlarının həyata keçirilməsi ilə əlaqədar müəyyən tənqidi məqamlar da təbii ki, qeyd olunur və düşünürəm, biz Azərbaycan Prezidenti ilə eyni fikirdəyik ki, əməkdaşlığımızı intensivləşdirək, Alman Akademik Mübadilə Xidməti, GTZ, KfW ilə və digər təşkilatlarla əlaqələrimizi daha da sıxlaşdıraq. Düzdür, müəyyən məsələlərlə əlaqədar fikir müxtəlifliyi də mövcuddur və bu, normal haldır”.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart