logo

Brent markalı neftin illik qiyməti son 4 ildə ilk dəfə $100-dan aşağı düşdü

Views: 50

=&0=57490&1=422014-cü ildə Brent markalı neft özünün qiymətini nə az, nə çox düz düz 48% itirdi. Ancaq 2013-cü illə müqayisədə orta qiymətlərin müqayisəsində bu fərq cəmi 8,66% təşkil etdi. Ötən il Brent markalı neftin bir barelinin orta illik qiyməti $99,29,  eyni həcmdəki Qərbi Texas neftinin (WTI) qiyməti isə – $92,60 oldu.

Caspian Barrel-in məlumatına görə, bu, son 4 ildə Brent markalı neftin  dünya bazarlarında illik qiymətinin 100 dollardan aşağı düşdüyü ilk göstərici idi.

Bazar iştirakçılarının verdikləri proqnozlara əsasən, hələlik neft qiymətlərinin yüksələcəyinə dair heç bir pozitiv məlumat yoxdur. Çünki Rusiya və İraq çox sürətlə neft hasilatını və ixracını artırırlar, əvəvzində ABŞ və Çin kimi irir istehlakçı idxalı azaldır. Ona görə də 2015-ci ilin ortaları üçün belə fyüçers müqavilələri ən yaxşı halda belə 60 dollar və ya ondan bir qədər baha qiymətə bağlanır.

Qeyd edək ki, Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi neftin 1 barelinin orta ixrac qiymətinin 100 dollar hesabından tərtib edilmişdi. 2015-ci il bedcəsində isə bu göstərici 90 dollar nəzərdə tutulub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart