Barak Obama administrasiyası hesab edir ki,amerikalı istehlakçılar dünya neft qiymətlərinin azalmasından qazanır : benzin ölkədə ucuzlaşır,avtomobil satışı isə artır.
Reuters agentliyi xəbər verir ki, Ağ Ev rəsmisi Joş Ernest neft qiymətlərinin monitorinqini açıqlayıb.
Ucuzlaşan neft üzündən ABŞ ərazisində benzinin qiyməti bir qalon üçün 2 dollardan aşağı düşüb və son aylarda isə avtomobil satışı isə artıb.
Əvvəllər, ABŞ iqtisadiyyatına neft qiymətlərinin kəskin azalmasının faydalı təsirləri barədə, Federal Ehtiyat Sisteminin nümayəndəsi bildirmişdi. Keçən ilin dekabrında Nyu-York Federal Ehtiyat bankının rəhbəri Uilyam dadli bildirmişdi ki, ABŞ istehlakçıları ucuz neftdən qazanırlar.