ABŞ-da şist neft hasilatı ilə məşğul olan ilk şirkət müflis olub.
Caspian Barrel NHK World telekanalına istinadən xəbər verir ki, WBH Energy şirkəti müflis olduğunu və kreditorlardan müdafiə olunmasını bəyan edib.
Yapon jurnalistləri bildirirlər ki, xam neft qiymətlərinin kəskin azalması nəticəsində Texas şirkətinin ümumi borcu 50 milyon dollara çatmışdı. Onun əməliyyat borcu isə cəmi 12 milyon dollar təşkil edirdi.
Onların fikrincə, WBH Energy şirkətinin ardınca digər şirkətlərdə müflis ola bilər.
Qeyd edək ki, cari ilin əvvəlindən ABŞ-da 62 şist neft quyusu artıq rentabelli olmadığından bağlanılıb. Bu haqda qazma bazarı üzrə servis xidməti göstərən “Baker Huges” şirkəti məlumat yayıb.
WBH Energy – dünya bazarında baş verən son hadisələr ilə əlaqədar olaraq müflis olan ilk şist neft hasilatçısı şirkətidir.