logo

İran Rusiya ilə neft barteri razılaşmasını inkar edir

Views: 199

ir-rus2Mehr agentliyi xəbər verir ki, İranın neft naziri Bijan Namder Zanqane Rusiya ilə “əsas malların müqabilində neft” barter sövdələşməsi haqqında hər-hansı bir razılığın əldə olunması barədə məlumatları təkzib edib.

Rusiya KİV-də iqtisadiyyat naziri Aleksey Ulyukayevə istinadən xəbər keçmişdi ki,Moskva İran ilə neft qarşılığında taxıl və sənaye məhsullarının tədarükü üzrə İranla müqavilə imzalamaq niyyətindədir.

“Biz Rusiya ilə neft barteri müqavilələri bağlamağ planlarımız yoxdur”, – deyə İranlı nazir bildirib.

Ulyukayev noyabrın sonunda Tehrana səfəri zamanı ümid etdiyini bildirmişdi ki,sövdələşmə  yaxın gələcəkdə əldə edilə bilər.

Zangane qeyd edib ki,İran və Rusiya yanlız neft və qaz sənayesində əməkdaşlıq edəcəklər.

Avqustda Rusiya və İran iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi göstərən anlaşma memorandumu imzalanmışdı.

Comments: 0

0

Your Cart