ABŞ-da benzinin pərakəndə satış qiymətləri azalmaqda davam edir. Son iki həftə ərzində benzinin qiyməti 25 sent düşüb və indi ölkə üzrə “requlyar” (Ai-93) markalı bir qallon benzinin qiyməti orta hesabla $2,47 (1 litr üçün təqribən $0,65 və ya 0,52 AZN ) təşkil edir.
Caspian Barrel TASS agentliyinə istinadən xəbər verir ki, ABŞ-da benzinin qiyməti 2009-cu ildən ən aşağı səviyyəyə düşüb. Bu ilin mayından avtomobil yanacağı qallonu $1,25 ucuzlaşıb.
Lundberg Survey xidməti tərəfindən aparılan sorğuya əsasən ən bahalı benzin Nyu-York ərtafında – Lonq Aylend adasında satılır. Orada bir qalon aşağı sortlu yanacaq $2,82 satılır. Ən ucuz benzini isə Talsa şəhərində (Oklahama ştatı) almaq olar – bir qalonu $2.06 (təqribən 0,4 AZN).
Analotiklərin sözlərinə görə,ABŞ-da benzinin ucuzlaşması dünya bazarında neftin qiymətlərinin azalması ilə bağlıdır. Son iki həftə ərzində, Nyu-York birjasında neftin qiyməti 14,2% azalıb.
Ekspertlər hesab edirlər ki, ABŞ-da benzinin pərakəndə satış qiymətlərinin ucuzlaşması gələn həftələrdə neft qiymətlərinin daha da azalması üzündən davam edə bilər.