2014-cü ilin 1 dekabr tarixinə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsindən gəlirləri $ 2 milyard 88 milyon olub.Bu barədə TREND-ə ARDNF-dan bildiriblər.
Fondan bildiriblər ki,2014-cü ilin yanvar-noyabrında ARDNF-ə “Şahdəniz” layihəsi çərçivəsində $491 vəsait daxil olub.
Şahdəniz yatağının ehtiyatları 1.2 trilyon kub metr qaz həcmində qiymətləndirlir. Yatağın işlənməsi haqqında müqavilə 1996-cı ilin 4 iyununda imzalanıb.
Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb və o zaman onun aktivləri 271 milyon dollar idi.
1 oktyabr 2014-cü il tarixinə ARDNF-nin aktivləri $37 milyard 305,3 milyon təşkil edib.