logo

Noyabrda Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirlər əhəmiyyətli dərəcədə azalacaq

Views: 82
In November 2014 incomes of Oil Fund from ACG to reduce significantly
In November 2014 incomes of Oil Fund from ACG to reduce significantly

2001-ci ildən 1 noyabr 2014-cü ilə qədər Azərbaycan Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” neft və qaz yataqlarının işlənməsindən $108 milyard 510 mln daxil olub.

Dövlət Neft Fondunun verdiyi məlumata görə, “Əsrin müqaviləsi” çərçivəsində Neft Fondunun gəlirləri cari ilin 10 ayı ərzində 13 milyard 478 mln. ABŞ dolları təşkil edib.

Caspian Barrel-in hesablamalarına görə, əgər cari ilin sentyabrında AÇG-dən  Neft Fonduna gələn  gəlirləri 1 milyard 452 milyon ABŞ dolları, oktyabrda isə bu rəqəm $1 milyard 256 milyona qədər azalıb.

Gəlirlərin azalmasına səbəb dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi səbəb olub.

Caspian Barrel-in proqnozuna əsasən, noyabrda Neft Fondunun gəlirləri əhəmiyyətli surətdə azalacaq. Buna səbəb “Mərkəzi Azəri” platformasında modernizasiya və təmirlə əlaqədar olaraq noyabrın 27-nə qədər hasilatın dayandırılmasıdır. Oktyabrda bu platformada gündə orta hesabla 160 min barel neft hasil edilirdi. Noyabrda AÇG-də hasilat həcminin təbii düşməsini nəzərə alsaq ixrac 4.8 milyon barelə qədər azalacaq. Buna əlavə olaraq oktyabr ayı ilə müqayisədə noyabrda dünya bazarlarında neft qiymətlərinin azalmasını da əlavə etsək, onda Neft Fondunun gəlirləri təqribən $1 milyarda qədər azalmış olar.

Qeyd edək ki, Neft fondunun aktivləri 1 oktyabr tarixinə $37 mlrd. 305,3 milyon təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart