logo

ExxonMobil şirkətinin mənfəəti bir qədər artıb

Views: 52

exxon

Dünyanın ən böyük neft şirkəti olan ExxonMobil  üçüncü rübdə gəlirlərini gözlənilmədən artırıb.

Exxon şirkətinin xalis mənfəəti iyul-sentyabrda $8,07 milyard,və ya bir səhmə $1,89 təşkil edib.

Bloomberg agentliyi tərəfindən soruşulan analitiklər isə gəlirin bir səhmə nisbətdə $1,71 azalacağını proqnozlaşdırırdılar.

Şirkətin gəliri 4.3% azalaraq $107,5 milyarda qədər düşüb.

Neft emalından əldə edilən gəlir keçən rüb 73% artıb ki,bu da qiymətlərin aşağı düşməsi üzündən azalan yanacaq satışı gəlirlərini kompensasiya etməyə imkan verib.

Eyni zamanda karbohidrogen hasilatı 4.7% azalıb.

Cəmi kapital xərcləri,həmçinin kəşfiyyar-axtarış işlərinin xərcləri üç rüb ərzində  $42,5 milyarddan  $39.8 milyarda qədər azalıb.

ExxonMobil şirkəti 30-dan artıq ölkədə kəşfiyyat və qazma işləri aparır və həmçinin 37 ölkədə NEZ-da paya malikdir. 2010-cu ildə şirkət XTO Energy şirkətini aldıqdan sonra ABŞ-da təbii qazın ən böyük istehsalçısı olub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart