“Financial Times” qəzeti yazır ki, İtaliyanın Eni şirkəti Türkmənistanda kəşfiyyat və qaz istehsalında öz fəaliyyətini genişləndirmək üçün saziş imzalayıb.
Öz növbəsində Türkmənistan KİV-ləri, anlaşma memorandumunun imzlandığını xəbər verillər. Bu sənəd İtaliyan şirkətinə Xəzər dənizinin Türkmən sektorunda 19-cu və 20-ci bloklarda karbohidrogenlərin kəşfiyyatı və hasilatı aparmaq imkanı verir.
İmzalanma mərasimindən sonra brifinqdə Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedov bildirib ki,”ekspertlər bu blokların ehtiyatlarını 500 milyon ton neft və 600 milyard kub metr qiymətləndirillər”.
İtaliyanın baş nazirinin Türkmənistana işgüzar səfəri çərçivəsində bir sıra neft-qaz səndələri imzalanıb.
Xüsusilə,Eni şirkəti ilə “Türkmənnebit” dövlət konserni arasında Nebitdağ yatağı üzrə Hasilatın Pay Bölgüsü sazişində’ payların güzəşti barədə müqavilə imzalayıblar.Bu müqavilə Eni şirkətinə Nebitdağ yatağında daha 10 il işləmək(2032-ci ilə qədər) hüququ verir.
*Eni şirkəti “Cənub qaz dəhlizinə” (Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP) daxil olan boru kəməri konsorsiumlarının heç birində təmsil olunmur.Xəzərin Türkmən sektorunda qaz yatağları kəşf edilərsə,qazın Avropa bazarlarına ixracı ancaq “Cənub qaz dəhlizində” azad güclərin yaranacağı təqdirdə mümkündür.