logo

SOCAR-ın platformasında yanğln – 37 neftçi xilas edildi, 4-ü itkin düşdü

Views: 122

pojarOktyabrın 23-də saat 12 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada (söhbət dənizdən gedir – Caspian Barrel) təmir işləri aparılarkən uçqun baş vermişdir.

SOCAR-ın mətbuat xidmətinin bu yaydığı məlumatda bildirlir ki, uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşmüş, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılmış və yanğın baş vermişdir. Saat 12.45 radələrində yanğın söndürülmüşdür.

Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olmuşdur. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq “Orion-15” və “PSK-52” gəmiləri vasitəsi ilə sahilə gətirilmişdir.

İşçilərin arasında müxtəlif səviyyəli xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilir. Hazırda dənizə düşməsi ehtimal olunan 4 nəfərin axtarışı davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcəkdir.

Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılmışdır.

Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov virtualaz.org saytına açıqlamasında dedi ki, dənizdən çıxarılaraq xilas olunmuş 10 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar hazırda şəhərdəki xəstəxanalara gətirilir.

Turan agentliyinin məlumatına görə, hazırda Səngəçal qəsəbəsinin sahil zonasından  Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstəlirini müşahidə etmək olar. Belə ki, SOCAR-ın qəza baş vermiş platforması sahildən cəmi 2 km aralıda yerləşir.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart